SİYASƏT
KENT ŞAHZADƏSİ MAYKL DÖVLƏT RƏQS ANSAMBLININ KONSERTİNDƏ OLMUŞDUR
Britaniya Kral ailəsinin üzvü, Kral həzrətləri, Kent şahzadəsi Maykl və onu müşayiət edən şəxslər fevralın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının konsertində olmuşlar.
Konsertdə ansamblın solistləri – xalq artistləri Təranə Muradovanın, Yusif Qasımovun, Nəriman Kərimovun, əməkdar artistlər Səbinə Qasımovanın, Rüfət Xəlilovun, Fərman Məmmədovun və başqalarının ifasında Azərbaycan rəqs sənətinin qədim və gözəl nümunələri, eyni zamanda müasir milli bəstəkarlarımızın musiqisi əsasında hazırlanmış rəqslər nümayiş etdirildi.
Konsert şahzadə Maykl ansamblın bədii rəhbəri, xalq artisti Afaq Məlikova ilə görüşdü, Azərbaycan rəqqaslarının sənətkarlığını yüksək qiymətləndirdi.
Mədəniyyət naziri Polad Bülbüloğlu ölkəmizin Londondakı səfiri Rafael İbrahimov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Lorens Bristou və digər rəsmi şəxslər konsertdə olmuşlar.