Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

KİV nümayəndələri Neft Daşlarında yaradılan şəraitlə tanış olublar

Bakı, 6 noyabr, AZƏRTAC

Kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşı 70 illiyini qeyd etməyə hazırlaşan Neft Daşlarında yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, vertolyot meydançasından Neft Daşlarındakı Mərkəzi meydana gələn KİV nümayəndələri burada ulu öndər Heydər Əliyevin büstünü, 1957-ci ildə baş vermiş fırtına zamanı həlak olmuş qəhrəman neftçilərin və Neft Daşlarının Qarabağ şəhidlərinin şərəfinə ucaldılmış abidələri ziyarət edib, Neft Daşlarında ilk quyunun qazıldığı əraziyə baxış keçiriblər.

Media-tur iştirakçıları daha sonra Neft Daşlarının təməli qoyulmuş “7 gəmi adası”nı ziyarət edib, 331-ci meydançadakı qazma qurğusuna, “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) kompressor stansiyasına və lay sularının təmizlənməsi qurğusuna baş çəkiblər.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şimal-şərqdə yerləşir. Burada təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb. Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlərin təşəbbüsü ilə burada ilkin kəşfiyyat və qazma işləri aparılıb, 1949-cu ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlanıb.

Sonra İ.Əhmədov Neft Daşlarında neft və qaz hasilatı, görülən işlər, tikilən estakadalar barədə məlumatı diqqətə çatdırıb: “70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş Neft Daşlarında indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə Neft Daşları yatağından 176 milyon ton neft və 13,6 milyard kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 milyon ton neft hasil edilib ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi. Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi Neft Daşları və “Palçıq pilpiləsi” yataqlarından indiyədək 186 milyon ton neft və 14,3 milyard kubmetr qaz hasil olunub. Beləliklə, Neft Daşları NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib.

“Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev isə jurnalistlərə bildirib ki, istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış birinci quyu 1949-cu ilin noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurmuş, bununla da dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulub. 20-ci əsrin əvvəlində dəniz sahillərində müxtəlif üsullarla neft çıxarılması layihəsinə başlanıb. Açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi isə “Guinnes”in rekordlar kitabına məhz Neft Daşları daxil olub. İlk dəfə məhz burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq, neftçilərin yaşayışı və qazma işlərinin aparılması üçün şərait yaradılıb. Həmin dövrdə Neft Daşlarının xalq arasında “7 gəmi adası” kimi məşhurlaşmasının səbəbi bu idi. Neft Daşlarının kəşf edilməsi və istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olub, açıq dənizdə neft hasilatına yol açıb. Bu, Azərbaycanda ikinci neft bumu ilə nəticələnib və hazırda ölkəmizin neft və qaz hasilatının böyük hissəsi məhz dəniz yataqlarının payına düşür.

Daha sonra jurnalistlər hazırda qazma işləri aparılan 331 saylı meydançada olublar. Burada məlumat verilib ki, qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanmış və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir. Neft Daşları uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35 faizdir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

Bu gün Neft Daşları “ikinci bahar”ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə Neft Daşları NQÇİ üzrə neft hasilatı 20 faiz artaraq, 2018-cü ildə 1 milyon tondan artıq olub. NQÇİ tərəfindən 2019-cu ilin 9 ayı ərzində 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilib. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə təqribən 18-20 milyon tondur. İstisna deyil ki, gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbəti yüksələ bilər. Neft Daşları Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70 faizə qədər olan hissəsi sahilə məhz Neft Daşlarından ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə - Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir. “Günəşli” yatağı və “Çıraq-1” platformasında hasil olunan səmt qazının qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsi ilə gerçəkləşdirilir. Stansiya 1994-cü ildə gündəlik 4,2 milyon kubmetrlik layihə gücü ilə istismara verilib. Sonradan aparılmış modernizasiya nəticəsində onun ötürücü gücü gündə 11 milyon kubmetrə çatdırılıb. SKS-də alçaq təzyiqli qaz ilkin olaraq girişdə separasiya olunaraq, kompressorlarda 5 atm-dən 19 atm-ə qədər sıxılır.

Həmçinin KİV nümayəndələrinə bildirilib ki, neft-qazçıxarma prosesində yaranan risklərin bir hissəsi əməyin mühafizəsi ilə bağlıdır, digər hissəsi isə ətraf mühitə olan təsirləri əhatə edir. Son illərdə əməyin mühafizəsinin gücləndirilməsi məqsədilə Neft Daşlarında və digər dəniz obyektlərində kompleks tədbirlər aparılıb, dəniz suyunun təsirindən qəzalı vəziyyətə düşən estakadalar neft-yığım meydançalarından ayrılıb və ya əsaslı təmir olunub. İstehsalat sahələrində SƏTƏM üzrə məsul əməkdaşların təyin olunması ilə fərdi təhlükəsizlik standartlarına nəzarət gücləndirilib.

İbrahim Əhmədov diqqətə çatdırıb ki, Neft Daşlarında neft ilə çıxan lay sularının tam qapalı sistemdə təmizlənməsi təmin olunub və bu da Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniyanın FLS şirkətinin istehsalı olan qurğu lay sularının müxtəlif mərhələlər üzrə neft və mexaniki qarışıqlardan təmizləyir və gündəlik 2500 kubmetr həcmində su emal etmək gücünə malikdir. Gündəlik tələbata görə, burada orta hesabla 1600-1800 kubmetr həcmində lay suları təmizlənir və daha sonra təkrar laylara vurulur.

Nəticədə ətraf mühitin qorunması ilə yanaşı, laylarda təzyiq sabit saxlanılır və neftçıxarma prosesinin effektivliyi təmin olunur. Son illərdə əlavə quraşdırılan avadanlıqlar vasitəsi ilə 1 milyon kubmetrə yaxın səmt qazı yığılaraq istifadəyə verilib. Neft Daşlarını digər dəniz platformalarından fərqləndirən daha bir xüsusiyyəti burada müxtəlif bitkilərin, o cümlədən, meyvə ağaclarının yetişdirilməsidir. Ümumilikdə Neft Daşlarında 1000 ağac, 8000 kol əkilib, 5000 kvadratmetr sahədə qazon salınıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub