DÜNYA
KXDR-də son sutkada koronavirusa 269 min yoluxma qeydə alınıb
Bakı, 17 may, AZƏRTAC
Şimali Koreyada son sutka ərzində koronavirusa 269 min yoluxma halı qeydə alınıb, altı nəfər həyatını itirib.
AZƏRTAC Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR-in Fövqəladə Hallar üzrə Milli İdarəsi məlumat yayıb.
Mayın 16-da Şimali Koreyada 269 min 510 yoluxma halı aşkarlanıb və yoluxanların ümumi sayı 1,48 milyon nəfəri ötüb, koronavirus səbəbindən ölənlərin sayı isə 56 nəfərə çatıb.
Mayın 12-də Koreya Mərkəzi Teleqraf Agentliyi ölkədə ilk dəfə koronavirus infeksiyasının aşkarlandığını bildirib. Bununla bağlı KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası mərkəzi komitəsinin siyasi bürosunun təcili iclası çağırılıb. Dövlət başçısı ölkənin bütün şəhər və rayonlarında sərt karantin rejiminin tətbiq edilməsini tapşırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]
Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb
- 10.05.2024 [12:46]