DÜNYA
Kanadada ayı qadını və onun 10 aylıq körpəsini parçalayıb
Bakı, 28 noyabr, AZƏRTAC
Kanadanın arktik Yukon ərazisində qrizli ayısının hücumu nəticəsində qadın və onun 10 aylıq qızı həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 26-da günorta saatlarında Mayo yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Yırtıcı 37 yaşlı Valer Teoretin evinə soxulub. Hadisə baş verən zaman evdə olmayan ailə başçısı Jermon Roşolt geri qayıdanda ayı ilə qarşılaşıb və onu güllələyib. O, faciəni gördükdən sonra polisə zəng edib. Hazırda hadisə ilə bağlı təhqiqat başlayıb.
Bir qədər əvvəl bu rayonda ağ ayının hücumu nəticəsində 2 nəfərin həlak olduğu barədə məlumat verilmişdi. Mayo qəsəbəsi regionun administrativ mərkəzi - Uaythors şəhərindən 400 kilometr şimalda yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]