MƏDƏNİYYƏT


Kənan Qasımov: Biz yekun dəstək mexanizmləri üzərində işləyirik

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycana gələn turistlərin sayında artım fevralın sonuna qədər müşahidə edilib. Yəqin ki, mənfi effektləri mart, aprel aylarında müşahidə edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkədaxili turizm kampaniyasının təqdimat mərasimində deyib.

O bildirib ki, dünya ölkələrinin hazırkı vəziyyətlə bağlı təcrübələri tam formalaşdıqdan və dəqiq hesablamalar aparıldıqdan sonra dövlətə müəyyən təkliflər veriləcək. “Dövlət də bu prosesi diqqətdə saxlayır. Biz yekun dəstək mexanizmləri üzərində işləyirik. Burda vergidən azad edilmə, subsidiya məsələləri yer ala bilər”, -deyə Kənan Qasımov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.