MƏDƏNİYYƏT


Kənan Qasımov: Sərt karantin rejimindən sonra daxili turizmdə canlanma müşahidə olunub

Bakı, 23 fevral, AZƏRTAC

Hotellərdə pandemiyaya qarşı karantin tədbirlərinin icrası ilə bağlı təyin olunan məsul şəxslərlə mütəmadi olaraq təlimlər aparılır. Bu gün əminliklə demək olar ki, Azərbaycanda elə bir hotel yoxdur, təlimə cəlb olunmasın.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov hotellərin monitorinqi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Artıq hər bir hotel Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qəbul olunan qaydalarla tanışdır. Sevindirici haldır ki, monitorinq prosesində ciddi nöqsanlar aşkar etmədik. Təbii ki, qaydaları pozan hotellər cərimələnir, amma ümumilikdə vəziyyət qənaətbəxşdir. Bizim bu dönəmdə hotellərin fəaliyyətinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Sərt karantin rejimindən sonra daxili turizmdə canlanma müşahidə olunub. Vətəndaşlarımız bölgələrə səfər edirlər və bu zaman hotellərdə sıxlıq yaranır. Qış turizmi ilə bağlı olan sahələrdə insanların sayında artım müşahidə olunur ki, buna görə də idarəetmədə bəzi dəyişikliklər həyata keçirilib. Dəyişikliklər ondan ibarətdir ki, hotellərə yalnız rezervasiyası olan şəxslər buraxılır, çünki əks halda sıxlıq epidemioloji vəziyyətə təsir göstərə bilər. Bu günədək hotellərdə ümumilikdə 213 cərimə halı olub. Hotellər məsuliyyətlərini dərk etməli və qoyulmuş qaydalara uyğun olaraq öz işlərini tənzimləməlidirlər”, - deyə Kənan Qasımov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.