Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Kənd Təsərrüfatı nazirinin müavini: Fermerlərin ilin sonunadək payızlıq əkinləri EKTİS-də bəyan etməsi vacibdir

Kənd Təsərrüfatı nazirinin müavini: Fermerlərin ilin sonunadək payızlıq əkinləri EKTİS-də bəyan etməsi vacibdir

EKTİS-də qeydiyyatdan keçməmiş, öz əkinlərini bəyan etməmiş fermerlər subsidiya ala bilməyəcəklər

Bakı, 2 dekabr, AZƏRTAC

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaratmaqla yanaşı, fermerlər üçün də bir çox üstünlüklərə malikdir. Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu sistemin tətbiqi və onun üstünlükləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Gələn ildən başlayaraq, aqrar subsidiyaların fermerlərə vahid mexanizm əsasında verilməsi nəzərdə tutulur. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hansı hazırlıq işləri həyata keçirilir?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun sonlarında “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, subsidiyalar fermerlərə vahid mexanizm əsasında veriləcək. İmzalanmış Fərman kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsini, subsidiyaların verilməsində şəffaflığın və operativliyin təmin edilməsini nəzərdə tutur. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, vaxt itkisinin qarşısını alacaq. 2020-ci ildən etibarən fermerlər subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə ala biləcəklər. Artıq EKTİS-in subsidiya alt sisteminin formalaşdırılması prosesi yekunlaşır. Bu günədək 350 mindən artıq fermer EKTİS-də özlərinə şəxsi kabinet yaradaraq aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olur, təsərrüfatları barədə məlumatları və əkinlə bağlı bəyanları sistemə daxil edirlər. Bu proses başa çatdıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciətlərini elektron qaydada təsdiq edə biləcəklər.

Yeni sistemin əsas özəlliklərindən biri ondan ibarətdir ki, EKTİS-də qeydiyyatdan keçən fermer torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri sistemə bir dəfə daxil edəcək. Sənədlərində dəyişiklik olmayan fermerlərin subsidiya almaq üçün hər il yenidən sənəd təqdim etməsinə zərurət qalmayacaq. Onlar hər il sadəcə kabinetə daxil olaraq əkinlərini bəyan edəcək və subsidiya almaq üçün kabinetlərində formalaşan elektron müraciətləri təsdiqləyəcəklər.

- Tətbiq olunan yeniliklərdən biri subsidiyaların optimallaşdırılması və məbləğlərin əmsallar üzrə müəyyənləşməsidir...

- Bəli, artıq Fərmana uyğun olaraq Aqrar Subsidiya Şurası yaradılıb. Şura 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyənləşib. Əmsallar müxtəlif bitkilər üzrə fərqlidir. Məsələn, buğda üzrə 1, çəltik üzrə 1,4, zəfəran üzrə 2 əmsal müəyyən olunub. Bu, o deməkdir ki, gələn ildən hər hektara görə buğda əkən fermer 200 manat, çəltik əkən fermer 280 manat, zəfəran becərən fermer isə 400 manat subsidiya alacaq. Yeni subsidiya mexanizmi, həmçinin intensiv bağların salınmasını stimullaşdırır. Yeni qaydalara əsasən, 2019-cu ildən başlayaraq salınan intensiv meyvə bağlarının (qərzəklilər istisna olmaqla) hər hektarına görə ilk 4 il ərzində fermerə hər il 800 manat subsidiya ödəniləcək. Dörd ildən sonra, yəni bağ məhsula düşdükdən sonra subsidiya 1,2 əmsalla hesablanacaq və fermerə bağın hər hektarına görə 240 manat dövlət dəstəyi veriləcək. Bu yanaşma intensiv bağların becərilməsinə marağı daha da artıracaq. Məhsul subsidiyasına gəldikdə isə Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib. Məhsul subsidiyası alan fermer bu dəstəyi əkin subsidiyasına əlavə olaraq əldə edir.

Yeniliklər çoxdur və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizminin tətbiqi, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsi ilə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırır.

- Artıq EKTİS-in tətbiqi istiqamətində növbəti mühüm mərhələ başlayıb. Fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu proses necə gedir?

- Bəli, artıq proses davam edir və EKTİS-də qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Sadə dildə desək, fermer artıq şəxsi kabinetə daxil olaraq, öz torpaq sahəsini seçir və orada hansı məhsulu əkdiyini qeyd edir. Subsidiyaların alınması üçün elektron müraciət forması bu bəyan əsasında yaradılır. Bu günədək 100 mindən artıq fermer hansı məhsulu əkdiyini bəyan edib və bu rəqəm artmaqdadır. Fermerlərimizi payızlıq əkinləri bəyan etməkdə aktiv olmağa çağırırıq, çünki yeni subsidiya mexanizminə əsasən, EKTİS-də qeydiyyatdan keçməmiş, öz əkinlərini bəyan etməmiş fermerlər subsidiya ala bilməyəcəklər. Yeni sistemin tətbiqi ilə əlaqədar fermerlər mütəmadi təlimlərə cəlb olunub. Fermerin EKTİS-də qeydiyyatdan keçmək, özünə şəxsi kabinet yaratmaq, payızlıq əkinləri bəyan etmək üçün hər hansı texniki çətinliyi varsa, Dövlət Aqrar İnkişaf mərkəzlərinə, “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Həm DAİM-lərdə, həm də “ASAN xidmət” mərkəzlərində EKTİS-in tətbiqi ilə əlaqədar xidmət pəncərələri yaradılıb. Fermerlərimiz bu pəncərələrə yaxınlaşaraq, əməkdaşlardan informasiya-məsləhət xidməti ala bilər, bəyanlarının sistemə daxil edilməsini bilavasitə yerində həll edə bilərlər. Bundan başqa, bütün bölgələrə nazirliyin səyyar xidmət qrupları ezam olunub, əməkdaşlarımız kəndbəkənd gəzərək fermerlərə EKTİS-in mahiyyətini, yeni sistemin fermerlər üçün yaratdığı üstünlükləri, yeni subsidiya qaydalarını izah edirlər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti rayonlarda yerli strukturların rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə silsilə görüşlər keçirir, EKTİS-in tətbiqinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparır.

- EKTİS-in tətbiqi fermerlərə bir çox üstünlüklər verəcək. Əsas üstünlük təbii ki, subsidiyaların verilməsində kağız sənəd dövriyyəsinin elektron müraciətlə əvəzlənməsidir. Nazirliyin yeni sistemin tətbiqinə hazırlığı barədə danışdınız, bəs fermerlər necə, yeni çağırışlara hazırdırmı?

- Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətində əsas götürdüyü üç əsas prinsipin - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini ehtiva edən innovativ təşəbbüsdür. Bu sistemin tətbiqi aqrar xidmətlərin əlçatanlığını, dövlət dəstəyinin ünvanlığını təmin edəcək, subsidiyaların verilməsində şəffaflıq təmin olunacaq. Bu baxımdan fermerlərimiz yeni sistemi müsbət dəyərləndirir, EKTİS-in tətbiqi prosesinə böyük maraq göstərirlər. Fürsətdən istifadə edib, fermerlərimizi payızlıq əkinlərin bəyan edilməsi, sistemdə olan kabinetlərindən istifadə bacarıqlarının artırılması prosesində daha aktiv iştirak etməyə çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyindən tam şəkildə yararlana bilməsi üçün bu prosesdə iştirak etməsi son dərəcə vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb