Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Kənd məktəbinin diyarşünaslıq muzeyində 700-dən çox eksponat toplanıb VİDEO

Zaqatala, 29 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun Muxax kəndindəki 2 nömrəli tam orta məktəbin müəllimi Şahmir Nusalov gənc yaşlarından diyarşünaslıq muzeyi yaratmaq arzusunda olub. Məktəbdə təsviri incəsənət fənnindən dərs deyən müəllim arzusunu reallaşdırmaq üçün boş vaxtlarında həyət-həyət, ev-ev gəzib, gələcək muzeyi üçün qədim tarixə malik eksponatlar toplamaqla məşğul olub. Ona bu işdə şagirdləri, eləcə də məktəbin müəllimləri də yaxından kömək göstəriblər. Şahmir müəllim, nəhayət, 10 il əvvəl öz arzusuna qovuşub, kənd məktəbində diyarşünaslıq muzeyi yaratmağa müvəffəq olub. Hazırda bu muzeydə müxtəlif dövrlərə aid 700-dən çox eksponat toplanıb.

AZƏRTAC-ın müxbiri muzeyin fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Muxax kənd məktəbində Şahmir Nusalovla görüşüb, həmkarlarının muzeylə bağlı fikirlərini öyrənib.

Şahmir müəllim bildirib ki, muzeyi yaratmaqda əsas məqsədi xalqımızın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini, məişətini, mədəni irsini şagirdlərə çatdırmaq, əcdadlarımızdan bizə yadigar qalan dulusçuluq, misgərlik, toxuculuq və digər sənət növləri barədə onlarda müəyyən təsəvvür yaratmaqdır. “Dərs prosesində şagirdlər kitablardan tarixi-mədəni irsimiz barədə ancaq nəzəri məlumatlar əldə edirlər. Bu əşyaları əyani şəkildə gördükdə isə onların mövzu ilə bağlı bilikləri daha da möhkəmlənir, dünyagörüşləri artır”, – deyə Şahmir müəllim vurğulayıb.

Onun dediyinə görə, məktəbin əvvəlki binasında eksponatların saxlanması üçün şərait yox idi. Məktəb 2008-ci ildə yeni binaya köçdükdən sonra burada muzey üçün ayrıca otaq ayrılıb. Beləliklə, eksponatların sayını artırmaq mümkün olub. Şahmir müəllim bu eksponatların bir qismini şəxsi vəsaiti hesabına əldə edib.

Muzeydəki eksponatların bir çoxu tarixi və elmi əhəmiyyətə malikdir, bu əşyalar tarixin müəyyən məqamını özündə yaşadırlar. Alban dövrünə aid saxsı, misgərlik dövrünə aid mis qablar, xalça, kilim, palaz, corab və digər toxuculuq nümunələri, qədim məişət əşyaları xalqımızın çoxəsrlik tarixini özündə əks etdirir.

Burada saxlanılan ən qədim eksponat Qafqaz Albaniyası dövrünə aid saxsı qabdır. İki min ilə yaxın yaşı olan bu əşyanı Şahmir müəllim rayonun digər ərazisindən, çay kənarındakı sel yuyan qəbirdən tapıb. Misgərlik dövrünə aid mis camın isə 800 yaşı var. El arasında bu qaba “qırx cam” da deyirlər. Qabın içərisində 40 dua həkk olunub. Deyilənə görə, qədimdə yeni doğulan uşaqların qırxı çıxan zaman onları bu cam vasitəsilə su töküb çimizdirirdilər.

Muzeydəki ən böyük eksponat isə kənd təsərrüfatında istifadə olunan taxta dərzdir.

Şahmir müəllim Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə daim əlaqə saxlayır, topladığı eksponatların tarixi, etnoqrafiyası barədə mütəxəssislərin fikir və rəylərini öyrənir.

Məktəbdə diyarşünaslıq muzeyinin yaradılması müəllimlərin də ürəyincədir. Məktəbin direktoru Şaiq Qasayevin, eləcə də digər müəllimlərin sözlərinə görə, şagirdlərin Muxax kəndinin, rayonun tarixi, adət-ənənələri barədə biliklərinin zənginləşməsində muzeyin böyük rolu var. Burada tarix fənni üzrə açıq dərslər də keçirilir.

Şahmir Nusalov, eyni zamanda, rəssamlıqla da məşğul olur. Onun əsərləri rayonda təşkil olunan müxtəlif sərgilərdə, bayram tədbirlərində nümayiş etdirilir. Xırda çay daşlarından istifadə edərək yaratdığı ulu öndər Heydər Əliyevin portreti isə hamıda böyük maraq doğurur.

Şahmir müəllimin bir arzusu da var. O, təqaüdə çıxandan sonra Muxax kəndində açıq səma altında muzey yaratmağı planlaşdırır.

Kənd məktəbinin diyarşünaslıq muzeyində 700-dən çox eksponat toplanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub