İDMAN


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəmkirdə icra olunub

Bakı, 6 mart, AZƏRTAC

AFFA-nın, Şəmkir Rayon İcra Hakimiyyətinin, Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şəmkir rayonunun Əliyaqublu kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Arzu Nağıyev, Sabir Hacıyev və Milli Məclis sədrinin köməkçisi Aqşin Hümbətov iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.