DÜNYA
Keniya: terror hücumuna məruz qalmış oteldən 174 nəfər təxliyə olunub VİDEO
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən gecə Keniyanın paytaxtı Nayrobidə terror hücumuna məruz qalmış Dusit otelindən 174 nəfər təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Citizen telekanalının hüquq-mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, oteldə hələ də insanlar qalmaqdadır. Təxliyənin davam etdiyi bildirilir.
Çərşənbə axşamı günü Nayrobidəki Dusit otelinin yaxınlığında partlayış baş verib və atəş açılıb. Son məlumata görə, azı 15 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. Terror aktının qurbanları arasında Böyük Britaniya vətəndaşı və ABŞ vətəndaşı da var.
Yerli “Star” qəzeti hücumda iştirak etmiş 6 terrorçunun hamısının zərərsizləşdirildiyi barədə məlumat yayıb. Onlardan beşi xüsusi təyinatlılar tərəfindən öldürülüb, biri isə özünü partladıb.
Terror aktının məsuliyyətini əsasən Somalidə fəaliyyət göstərən “Aş-Şabab” qruplaşması üzərinə götürüb.