MƏDƏNİYYƏT


Kitab yarmarkasında təqdim olunacaq növbəti əsər - “Nargin – Saralmış kədər”

Bakı, 1 oktyabr, AZƏRTAC

VII Bakı Beynəlxalq Kitab Yarmarkasında Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Nargin – Saralmış kədər” tarixi romanının imza günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, kitabda Birinci Dünya müharibəsi gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyindən, onların işgəncələrlə dolu həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan bəhs edilir.

Qeyd edək ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.