MƏDƏNİYYƏT


Kitabxana Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbirlər təşkil edib

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

AZƏRTAC xəbər verir ki, Biləndər Tədris Mərkəzinin “Mehriban” vokal qrupunun ifasında uşaqlara həsr olunmuş videoçarx hazırlandı. Uşaqların ifa etdiyi mahnının sözləri və musiqisi “Mehriban” qrupunun bədii rəhbəri Esmiralda Hüseynovanındır.

Eyni zamanda, kitabxanada “Uşaqlar bizim gələcəyimizdir” adlı kitab sərgisi hazırlanıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.