CƏMİYYƏT


“Könüllümüz ol” layihəsini uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsində təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin iştirakçıları ilə görüşüb. Diskussiya şəraitində keçən görüşdə sədr müavini könüllüləri maraqlandıran sualları cavablandırıb, könüllülük fəaliyyətinin gənclərin gələcək iş həyatlarına önəmli və effektiv təsir edəcəyinə əminliyini ifadə edib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, təcrübə kursunu müvəffəqiyyətlə başa vuran gənclərə təbriklərini çatdıran G.İsmayılov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Altı ay müddətində Dövlət Komitəsində təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Sonda könüllülərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.