DÜNYA
Koronavirusdan ölənlərin xatirəsi ilə bağlı bu gün Qırğızıstanda milli matəm günü elan edilib
Bişkek, 30 iyul, АZƏRTAC
Pandemiya dövründə koronavirusdan ölənlərin xatirəsi ilə bağlı iyulun 30-da Qırğızıstanda milli matəm günü elan edilib.
Bununla bağlı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov fərman imzalayıb.
Bu gün isə dövlət başçısı televiziya ilə ölkə vətəndaşlarına müraciət edib, pandemiya dövründə həyatını itirənlərə Allahdan rəhmət, onların doğma və əzizlərinə səbir diləyib. Prezident bildirib ki, həyatını itirənlər arasında elm, mədəniyyət və incəsənət xadimləri də var.
AZƏRTAC xəbər verir ki, son sutkada ölkədə 631 nəfər virusa yoluxub və pandemiya dövründə bu rəqəm 35 min 143 nəfərə çatıb. Son gündə 17 xəstə həyatını itirib.
Son məlumata görə, Qırğızıstanın Baş Naziri Kubatbek Boronov da koronavirusa yoluxub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek