“Kosmik qüvvələr” serialının yeni treyleri yayımlanıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
“Netflix” “Kosmik Qüvvələr” (Space Force) komediya filminin ikinci sezonunun ilk treylerini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Stiv Karellin rejissorluq etdiyi film ABŞ ordusunun yeni diviziyasına rəhbərlik edən şəxslərin hekayəsindən bəhs edir.
Fantastik serialda Con Malkoviç, Ben Şvarts, Tavny Nevsome, Diana Silvers, Cimmi O. Yanq və Don Leyk kimi tanınmış sənətkarlar rol alır.
Filmdə “Kosmik qüvvələr” adı verilən yeni bölmənin vəzifəsi peykləri hücumdan qorumaq və kosmosda müxtəlif missiyaları yerinə yetirməkdir. Bölmənin yaradılmasında iştirak edən bir qrup insan, yeni iş yerlərində nə edəcəyini anlamağa çalışarkən özlərini əyləncəli macəralarda tapırlar.
ABŞ-ın sabiq prezidenti Donald Trampın yaratmağı düşündüyü "Kosmik qüvvələri" adlı xüsusi hərbi hissədən ilhamlanan komediya serialının baş rol ifaçısı Stiv Karelldir.

Xəbərin mətnində orfoqrafik səhv var