DÜNYA


Kriptoqraf Bryus Şnayer: Bitkoinin faydası yoxdur

Bakı, 11 fevral, AZƏRTAC

Kriptovalyutanın faydası yoxdur və ondan yalnız hökumətdən xəbərsiz pul köçürmələri məqsədilə cinayətkarlar istifadə edirlər.

AZƏRTAC RBK agentliyinə istinadla xəbər verir ki, bu sözləri Harvard Universitetinin kriptoqrafiya üzrə müəllimi Bryus Şnayer söyləyib. Onun sözlərinə görə, bitkoin özünün əsas təyinatına uyğun deyil, ondan istifadə etmək isə mürəkkəb və təhlükəlidir.

Ekspert xatırladıb ki, rəqəmsal pullar etimada söykənməyən elektron tranzaksiyaları təmin etmək məqsədilə icad olunub. “Lakin blokçeyn özü bunsuz fəaliyyət göstərə bilməz: istifadəçilər maynerlərə etimad göstərməli, tranzaksiyaları təsdiq etdirməlidir, başqa yolla bütün bu sistem çökə bilər. Əgər sizin bitkoin-birjanıza müdaxilə olarsa, bütün pullarınızı itirəcəksiniz. Sizin oradakı “pul kisənizin” oğurlanması vəsaitlərinizin tamamilə itirilməsi ilə nəticələnəcək. Qeydiyyat məlumatlarınız itdiyində də pullarınızdan məhrum ola bilərsiniz", -deyə mütəxəssis vurğulayıb.

Şnayer kriptovalyutanı lazımsız, blokçeynin dəyişməsini isə üstünlük deyil, problem gətirəcək amil kimi qiymətləndirib. “Bir səhvə yol verilməsi bütün əmanətinizin itirilməsinə səbəb ola bilər, həm də bu zaman istifadəçilər birjalara etimad göstərməlidir”, -deyə Harvard mütəxəssisi sözlərinə yekun vurub.

Bryus Şnayer kriptoqraf, yazıçı və kompüter təhlükəsizliyi mütəxəssisidir. O, bu sahələrdə bir neçə kitabın müəllifi, Beynəlxalq Kriptoqrafiya Tədqiqatları Assosiasiyasının direktorlar şurasının üzvüdür. Mütəxəssis, həmçinin “Bell Labs” və ABŞ Müdafiə Nazirliyində işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.