MƏDƏNİYYƏT
Kukla Teatrı yeni mövsümə “Cırtdan”la başlayacaq
Bakı, 28 avqust, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə sentyabrın 15-də “Cırtdan” tamaşası ilə başlayacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.
Müxtəlif kukla texnikalarının istifadə olunduğu birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]