CƏMİYYƏT


Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Bakı, 3 yanvar, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 163 kubmetr olmaqla ongünlük normanın 100 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 91 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artıb. Lakin Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458, Şirvanda 347, Salyanda 317, Bankədə 263, Araz çayının Novruzlu məntəqəsində isə 188 santimetrə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.