SİYASƏT
Laçın-Xankəndi yolu: Sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Xankəndiyə gedib VİDEO
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu gün də Rusiya sülhməramlılarına məxsus minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Laçından Xankəndiyə keçib.
Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 51 avtomobilin keçidi təmin olunub.