Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Laçın sakini: Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam VİDEO

Ağcabədi, 20 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən məğlubiyyətə uğrayan Ermənistanın işğal altındakı digər torpaqlarımız kimi, Laçın şəhərini, rayonun Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytaracağı günə az qalıb. Azərbaycan dövləti üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə alternativ yolun çəkilişini artıq başa çatdırıb. Beləliklə, Kəlbəcərdə, Ağdamda olduğu kimi, Laçında da qanunsuz məskunlaşan ermənilərin torpaqlarımızı tərk edəcəyi günə az qalıb.

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində laçınlı keçmiş məcburi köçkünlərin iki ilə yaxın gözlədikləri şad xəbəri elan etdi: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.

Prezidentin bu müjdəli xəbərini böyük sevinc hissi ilə qarşılayan Laçın şəhərinin, həmçinin Zabux və Sus kəndlərinin sakinləri artıq doğma yurda qayıdışa hazırlıq görürlər. Onlar illərdir həsrətində olduqları torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar, planlar qururlar,

AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Laçının Sus kəndindən olan məcburi köçkün Əhmədovlar ailəsinin qonağı olub, təəssüratlarını öyrənib.

Ailə başçısı Tofiq Əhmədov əvvəlcə kəndlərinin təbiətindən, gözəlliklərindən bəhs edib: “Kəndimiz Həkəri çayının kənarında dağ döşündə yerləşir. Kəndin üst tərəfində səfalı meşə, meyvə bağları var idi. Otlaqlarımız, biçənəyimiz, əkin yerlərimiz var idi. Bulaqlarımızın gözəl suyu olurdu. Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam. 30 ildir yurdumuza, oradakı gözəlliklərə həsrət qalmışdıq. Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma kəndimizə qayıdacaq və bu ata-baba yurdumuzda əbədi yaşayacağıq”.

Tofiq Əhmədov məcburi köçkünlük illərində çox çətinliklər çəkdiklərini, lakin ən böyük çətinliyin yurd həsrəti, Laçından ayrı düşmək olduğunu deyib: “Çətinliyimiz çox olub. Laçın işğal olunandan sonra qardaşlarımla bir-birimizdən ayrı düşdük. Əvvəlcə Bərdədə yaşadıq. Sonra dövlət tərəfindən bizə fin evləri tikildi. O qəsəbədə bir neçə il yaşadıq. Bütün çətinliklərə sinə gərdik. Sonra Taxtakörpü ərazisində gözəl şəraiti olan qəsəbə salındı. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində xeyli iş görüldü”.

Laçın sakini indi ailəsi ilə birlikdə doğma kəndlərinə qayıdacaqları günü gözlədiyini bildirib: “Prezidentimizin Azərbaycan televiziyasına müsahibəsini ailəmizlə birlikdə izlədik. Sevindiyimizdən bir-birimizi qucaqladıq. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə sağlamlıq arzulayırıq. Səbirsizliklə gözlədiyimiz vaxt gəlib. İndi gözləyirik ki, kəndimizə qayıdaq. Əminik ki, orada da sakinlər üçün gözəl şərait yaradılacaq və hər kəs yurduna dönəcək. Laçın üçün, öz kəndimiz Sus üçün çox darıxmışam. Laçına qayıdanda, ilk növbədə, kənd qəbiristanlığına gedib, qohumlarımın qəbirlərini ziyarət edəcəyəm. Bulaqlarımızdan su içib, üzümə su vuracağam, sonra evimizə gedəcəyəm”.

Ailənin xanımı Leyla Əhmədova söhbət zamanı kəndləri ilə bağlı xoş xatirələrini danışıb: “Bağ-bağatımız vardı. Evimizin arxasında kəklikotu, quzuqulağı, cincilim, gicitkən və digər bitkilər yetişirdi. Yığıb çay dəmləyirdik, kətə bişirirdik. Artıq həsrətin sonudur. Kəndimizə gedəcəyik. Çox sevinirik. Bağlarımıza gedəcəyəm, yolumuza, bulağımıza baxacağam. Pencər yığıb kətə bişirəcəyəm. Arzu edirəm ki, bütün köçkünlər bizim kimi sevinsinlər”.

Tofiq kişinin nəvəsi Sadiq Laçını görməsə də, baba-nənəsindən kəndləri haqqında çox eşitdiyini, baba yurduna getməyi hər zaman arzuladığını bildirib: “Ağcabədi rayonunun Taxtakörpü ərazisində anadan olmuşam. Babam, nənəm Laçından çox danışıb. Odur ki, qəlbimdə Laçın sevgisi böyükdür. Laçının təbiətindən, bitkilərindən, uşaqların çayda çimməsindən o qədər danışıblar ki, Laçını görməsəm də qəlbimdə baba yurduma qarşı böyük sevgi var. Mən də Laçına getməyi səbirsizliklə gözləyirəm”.

Laçın sakini: Kəndimiz üçün, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO