DÜNYA
Latviya seymi ölkənin yeni prezidentini seçib
Bakı, 31 may, AZƏRTAC
Latviya seymində keçirilən səsvermənin üçüncü turunda xarici işlər naziri Edqars Rinkeviç Latviyanın prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, namizədliyi "Yeni Birlik" bloku tərəfindən irəli sürülən Edqars Rinkeviçin lehinə seymin 52 deputatı səs verib. Prezident seçilmək üçün minimum 51 səs tələb olunurdu. “Birləşmiş siyahı”nın namizədi Uldis Pilens isə üçüncü turda yalnız 25 deputatın dəstəyini qazanıb.
Nə birinci, nə də ikinci turda Rinkeviç seçilmək üçün lazım olan səsləri toplaya bilməyib, onu 42 deputat dəstəkləyib.
Latviyanın hazırkı prezidenti Egils Levits ikinci müddətə namizədliyini irəli sürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]