ELM VƏ TƏHSİL


Latviyada təqaüdlü təhsil proqramının nəticələri açıqlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq ölkəmizin yeddi vətəndaşı 2018-2019-cu tədris ilində Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində həmin saziş üzrə yeddi nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura (altı nəfər) və doktorantura (bir nəfər) səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə bu il fevralın 1-də elan verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.