REGİONLAR
Lənkəranlı gənclər Peşə Liseyində yaradılan şəraitlə tanış olublar
Lənkəran, 24 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Lənkəran Peşə Liseyinin müəllim və şagirdləri ilə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, Fərmanın icrası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
İdarənin əməkdaşları, həmçinin liseydə aparılan tədqiqat işləri və burada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, Lənkəran Peşə Liseyində ofisiant, barmen, bufetçi, elektrik avadanlıqlarına xidmət, traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, əl elektrik qaynaqçısı, dərzi, kompüter operatoru və digər ixtisaslar üzrə şagirdlər təhsillərini davam etdirirlər.