DÜNYA
Liquriya dənizində güclü dalğalar 400-ə yaxın lüks yaxtanı sahilə çırpıb
Roma, 31 oktyabr, AZƏRTAC
Liquriya dənizində güclü fırtınaların yaratdığı dağıdıcı dalğalar Karlo Riva Marina limanında 390 iri lüks yaxtanı sahilə çırpıb.
AZƏRTAC limanın direktoru Marina Skarpinonun yaydığı məlumata istinadla xəbər verir ki, hündürlüyü 10 metrə çatan dalğalar fırtınaya qarşı bəndi qıraraq yaxtaları yararsız hala salıb. “2000-ci ildə dənizdə baş verən qorxunc fırtınadan sonra biz bəndi 1,5 metr qaldırmışdıq. İndi onun hündürlüyü 6,5 metrə çatır. Lakin bu, qeyri-adi hadisənin qarşını almağa kifayət etmədi”, – deyə Limanın direktoru bildirib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]