DÜNYA
Litvada prezident seçkiləri ərəfəsində son sorğunun nəticələri açıqlanıb
Vilnüs, 9 may, AZƏRTAC
Litvada mayın 12-də keçiriləcək prezident seçkiləri ərəfəsində son rəy sorğusunun nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Baltixos tirimai” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə ilk turda prezidentliyə namizədlər arasında heç kimin mütləq səs çoxluğu əldə edəcəyi gözlənilmir. Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin əsas liderlər hesab edilən Gitanas Nausedaya 21,1, İnqrid Şimoniteyə 19,5, Saulyus Skvernyalisə isə 18,4 faizi səs verəcəyi açıqlanıb.
Sorğu iştirakçılarının 23 faizi seçkilərə getməyəcəyini bildirib. Bu cavabı verənlər, əsasən 30 yaşadək olan gənclərdir. 8,2 faiz respondent isə seçkilərə gedəcəyini lakin kimə səs verəcəklərinə dair qəti qərar vermədiklərini bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]