DÜNYA
Livan hökuməti tam tərkibdə istefa verib
Qahirə, 10 avqust, AZƏRTAC
Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, “Hezbollah” hərəkatının nümayəndələrinin də təmsil olunduğu koalisiya hökumətinin dörd naziri artıq öz istefasını bəyan etmişdi. Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra ölkədə davam edən etirazlar fonunda korrupsiya və pis idarəçilikdə ittiham edilən Nazirlər Kabineti istər daxildən, istərsə də beynəlxalq aləmdən gələn təzyiqlərlə üzləşmişdi.
Yaxın saatlarda Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək. Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi gözlənilir.
Avqustun 4-də Beyrutda baş vermiş partlayış qurbanlarının sayı isə 160-a çatıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]