İDMAN


Luis Hamilton daha 3 il “Mercedes”də qala bilər

Bakı, 13 noyabr, AZƏRTAC

Luis Hamiltonun “Mercedes” komandası ilə müqaviləsi cari mövsümün sonunda başa çatmasına baxmayaraq tərəflər əməkdaşlığı davam etdirmək üçün hələ də yeni anlaşma imzalamayıblar.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, L.Hamilton komandası ilə artıq razılığa gəlib. Belə ki, pilot daha 3 il - 2023-cü ilin sonunadək “Mercedes”in heyətində qala bilər. Onun maaşının 52 milyon dollara çatacağı gözlənilir.

L.Hamiltonun hazırkı müqavilə ilə məvacibi təxminən 45 milyon dollardır.

Qeyd edək ki, L.Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümündə 282 xalla pilotların siyahısına liderlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.