SİYASƏT
MDB PA SOSİAL SİYASƏT VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, deputat Eldar Qəhrəmanov MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün aprelin 23-dən 25-dək Sankt-Peterburq şəhərində səfərdə olacaqdır.
Tədbirdə İnsan hüquqları üzrə səlahiyyətli nümayəndələrin statusu, radioaktiv tullantılardan və nüvə sınaqlarından zərər çəkmiş vətəndaşların sosial müdafiəsi, təşkilata üzv dövlətlərin vətəndaşlarının məcburi tibbi sığortası barədə model-qanun layihəsi və digər məsələlər müzakirə olunacaqdır.