CƏMİYYƏT


MDB ölkələri milli elektron səhiyyə sistemlərinin inteqrasiya məsələləri üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da milli elektron səhiyyə sistemlərinin inteqrasiya məsələləri üzrə işçi qrupunun iclası keçirilib. Videokonfrans rejimində təşkil olunan iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ermənistanın, Avrasiya İqtisadi Komissiyası, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının, Avrasiya İnkişaf Bankının Rəqəmsal Təşəbbüslər Fondunun və MDB-nin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş iştirakçıları Birlik ölkələrində rəqəmsal səhiyyənin təşkili, tibbi yardım göstərilərkən transsərhəd qarşılıqlı əlaqələr üçün dövlətlərin hüquqi tənzimləmə məsələlərini və proqram-texniki imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, MDB-nin iştirakçı dövlətləri rəqəmsal səhiyyəni fəal inkişaf etdirir və teletəbabətdən getdikcə daha geniş istifadə edirlər. Bir çox ölkələrdə bu məsələ üzrə normativ-hüquqi baza yaradılıb. Bununla yanaşı, həm texniki səviyyədə hazırlıqda, həm də rəqəmsal transformasiyanın hüquqi sahədə tənzimlənməsində fərqlər mövcuddur.

Müzakirələrin yekunlarına görə, bundan sonrakı qarşılıqlı əlaqələrin iki variantının nəzərdən keçirilməsi təklif olunub: ölkələr arasında ikitərəfli sazişlərin bağlanması yolu ilə əməkdaşlıq və yaxud inteqrasiya şinlərinin işlənib hazırlanması. Bu məsələ üzrə qərarı MDB-nin Səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclasında müzakirə etmək planlaşdırılır.

Bundan başqa, iclasda “Rəqəmsal səhiyyə haqqında” model qanun layihəsinin işlənib hazırlanmasına, Avrasiya İnkişaf Bankı ilə əməkdaşlığa dair mövzular nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.