MİNGƏÇEVİR STADİONU YENİDƏN QURULUR
Şəhərin ən böyük idman qurğusu olan stadion 50 yaşını yeni görkəmdə qarşılayır. Uzun illər baxımsızlıq üzündən əvvəlki yaraşığını itirmiş stadionun mərkəzi tribunası, idman qurğuları, yardımçı binaları təmir olunmuşdur. Stadionun ərazisindəki tikililərdə məskunlaşmış 22 məcburi köçkün ailəsi onlar üçün salınmış qəsəbəyə köçürüldükdən sonra burada əsaslı təmir-bərpa işləri davam etdiriləcəkdir.