SİYASƏT


MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN BƏYANATI

Fevralın 3-də və 4-də bəzi kütləvi informasiya vasitələri “Transparency İnternational” korrupsiyaya qarşı mübarızə beynəlxalq təşkilatının “2003-cü ildə dünyada korrupsiyanın vəziyyəti haqqında məruzəsi”nə istinad edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin guya korrupsiyaya uğramış bir qurum olduğu barədə məlumat yaymışlar. 

Müdafiə Nazirliyinin mətbuat xidməti bu məlumatla əlaqədar araşdırmalar aparmış, “Transparency İnternational” təşkilatının Azərbaycan nümayəndəliyi və Berlində yerləşən baş ofisi ilə əlaqə saxlamışdır.

Müəyyən edilmişdir ki, təşkilatın Azərbaycan nümayəndəliyi bu məzmunda heç bir məlumat yaymamış, baş ofis tərəfindən hazırlanan məruzə isə bütövlükdə Müstəqil Dövlətlər Birliyi məkanında yerləşən ölkələrdə mövcüd olan korrupsiyaya həsr edilmişdir.

Həmin məruzənin “Hüquq- mühafizə orqanlarının peşəkarlığı” bölməsində verilən, Müstəqil Dövlətlər Birliyi məkanına aid olan “region” sözü, Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda “ölkə” sözü ilə əvəz olunmuşdur. Bu da qəsdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ünvanına aid edilmişdir.

Araşdırmalar nəticəsində bu da məlum olmuşdur ki, “Transparency İnternational” təşkilatının məlumatını 2003- cü il fevralın 3-də Rusiya Federasiyasının “pressenter.ru” informasiya agentliyi qəsdən təhrif olunmuş şəkildə yaymışdır. Rusiya informasiya agentliyinə isə məlumat bu şəkildə hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə edən və Azərbaycan Silahlı Qüvvələrinə olan inamı sarsıtmağa çalışan maraqlı qüvvələr tərəfindən ötürülmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edir ki, araşdırmalar davam etdirilir, bu dezinformasiyanı yayan şəxslər mütləq müəyyənləşdiriləcək və onlar qanun qarşısında cavab verəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.