Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Madriddə Azərbaycanın ötənilki nailiyyətləri və 2020-ci il üzrə hədəflərə dair müzakirələr aparılıb VİDEO

Madrid, 21 fevral, AZƏRTAC

Beynəlxalq münasibətlər və diplomatiya sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondda (FESEI) “Azərbaycanda 2019-cu ildə əldə olunan nailiyyətlər və 2020-ci il üzrə hədəflər” mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İspaniyadakı səfiri Anar Məhərrəmov seminarda çıxış edərək əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dayanıqlı inkişafa nail olunduğunu, ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini, bütövlükdə keçən ilin ölkədə dərin islahatlar ili olduğunu qeyd edib. Ölkənin 2019-cu il üzrə makroiqtisadi göstəricilərindən bəhs edən səfir bu il yanvarın 21-24-də Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunun Azərbaycan Respublikası Hökumətinin strateji baxışını (“Government long-term vision”) 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını 11-ci yerə layiq görməsinin məhz ötən il əldə olunmuş nailiyyətlərlə sıx bağlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regionda irimiqyaslı enerji layihələrinin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyini bildirən A.Məhərrəmov Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək TAP qaz boru kəmərinin 2020-ci ildə tamamlanmasının nəzərdə tutulduğunu qeyd edib. 2019-cu ildə Azərbaycanın bir sıra mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdiyi, Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirildiyi və Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata sədrlik edəcəyi diqqətə çatdırılıb. Ötən il Azərbaycanla İspaniya arasında dostluq, qarşılıqlı hörmət və dəstək əsasında qurulmuş münasibətlərin uğurla davam etdiyi bildirilərək il ərzində bir sıra mühüm tədbirlərin təşkil olunduğu qeyd edilib.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun hələ də işğal altında saxlanılmasının regionda sülh və təhlükəsizliyə ən böyük təhdid kimi qalmaqda davam etdiyini bildirən səfir münaqişənin tarixi, həqiqətləri, nəticələri, həlli ilə bağlı Ermənistanın apardığı qeyri-konstruktiv siyasət barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Xüsusi vurğulanıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilərək doğma yurdlarından didərgin düşüb. Məhz milli mənsubiyyətinə görə azərbaycanlılara qarşı 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb.

A.Məhərrəmov bu il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin ölkənin demokratik inkişafı yolunda növbəti önəmli mərhələnin təzahürü olduğunu bildirib. Qeyd edilib ki, seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub.

Səfir diqqətə çatdırıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə ərazisində 523 seçki məntəqəsi yaradılıb. Xüsusi vurğulanıb ki, seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78 minədək yerli müşahidəçi tərəfindən izlənilib, həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit ediblər.

2020-ci ildə Azərbaycanın müxtəlif formatlı beynəlxalq və ikitərəfli platformalarda çoxşaxəli əlaqələrinin genişləndirilməsi ilə dövlətin rifah və qüdrətinin möhkəmləndirilməsinə yönələn və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun davam etdiriləcəyi vurğulanıb.

Çıxışdan sonra tədbirdə iştirak edən müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Ölkəmizə aid fotoşəkillərdən ibarət təqdimat və ölkəmizi təbliğ etdirən video nümayiş etdirilib. FESEI-nin rəhbərliyi və tələbələr seminarın maraqlı keçdiyini və onlarda xoş təəssürat yaratdığını bildiriblər. Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda etdiyi geniş məzmunlu çıxışa və təqdimata görə səfir A.Məhərrəmova təşəkkürünü bildirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Madriddə Azərbaycanın ötənilki nailiyyətləri və 2020-ci il üzrə hədəflərə dair müzakirələr aparılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO