ELM VƏ TƏHSİL


Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-dən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların təhsil müəssisələrinə qeydiyyatı başlayıb.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, qeydiyyat avqustun 25-dək davam edəcək. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar həmin müddətdə sənədlərini qəbul olduqları təhsil müəssisələrinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7 min 703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6 min 361 bakalavr (Azərbaycan bölməsi üzrə 5 min 826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.