İQTİSADİYYAT


Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105012881 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 91.3372 AZN (12 faiz) və 100.5899 AZN (6.68 faiz) olan 34 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0184 AZN (6.9899 faiz), orta ölçülmüş qiyməti 100.0972 AZN (6.9471 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 milyon 23 min 100 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il aprelin 18-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 21-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.