İDMAN
“Mançester Siti” klubu ingiltərəli futbolçu Kalvin Fillipsin keçidini açıqlayıb
Bakı, 4 iyul, AZƏRTAC
“Mançester Siti” klubu ingiltərəli futbolçu Kalvin Fillipsin keçidini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, İngiltərə millisinin üzvü üçün Mançester təmsilçisi “Lids Yunayted”ə 48,7 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə altıillik müqavilə imzalayıb.
“Lids Yunayted”in yetirməsi olan futbolçu komandanın heyətində 233 oyun keçirib, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi “Lids Yunayted”in heyətində Çempionşipin qalibi olub.
İngiltərə millisində 22 oyun keçirən futbolçu “Avro-2020”nin finalında İtaliya yığmasına qarşı oyunda meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]
Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur
- 26.04.2024 [10:23]
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb
- 26.04.2024 [01:04]