REGİONLAR
Masallıda gecə saatlarında evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Masallı, 16 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ətcələr kəndində yerləşən yaşayış evlərindən birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı və müxtəlif sənədlərin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılıb.
F.Həbibovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onun 2 mağazadan gecə saatlarında ümumilikdə 275 manat nağd pul və əlavə olaraq tütün məmulatları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.