REGİONLAR


Masazır və Məhəmmədi qəsəbələrində əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin olunub

Xırdalan, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli təmin olması ilə əlaqədar yeni inşa edilmiş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarında adıçəkilən qəsəbələrin əlaqələndirici xətləri yenilənib.

"Azərişıq" ASC-dən AZƏRTAC –a bildirilib ki, Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçısı dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Yeni Saray, Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalarda əlaqələndirici xətlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə tam təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.