DÜNYA
Matteo Salvini: Romada bütün qaraçı düşərgələri bağlanmalıdır
Roma, 12 may, AZƏRTAC
Uşaqların müdafiəsini təmin etmək üçün Romada bütün qaraçı düşərgələri bağlanmalıdır.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini deyib.
Roma Papasının Vatikanda Roma və Sintinin qaraçı uşaqları ilə görüşdüyünə şad olduğunu deyən M.Salvini vurğulayıb: “Mənim məqsədim uşaqların müdafiəsini təmin etmək üçün əvvəlcə bu düşərgələrdə kimlərin yaşadığını müəyyənləşdirib uşaqların məktəbə getdiyinə, oğurluq ruhunda tərbiyə olunmadıqlarına, mənəvi pozğunluq, əxlaqsızlıq, zorakılıq və qeyri-qanuni şəraitdə yaşamalarına məcbur edilmədiyinə əmin olduqdan sonra bütün düşərgələri bağlamaqdır”.
O, sanksiyalı qaraçı düşərgələrində 30 min qaraçı uşağın yaşadığını qeyd edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma