MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi “Müqəddəs alman Lüteran kilsəsi” haqda videoçarx hazırlayıb VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs alman Lüteran kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videoçarxda xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edildiyi qeyd olunub.

Kilsənin 1896-cı il martın 21-də reallaşan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak edib. Kilsə, Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib.

2010-cu il martın 15-də kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında Sərəncam imzalayıb. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 2010-cu il dekabrın 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak ediblər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.