Mədəniyyət Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
AzerTAg.az
Bakı, 10 may, AZƏRTAC
Bu gün dünyaşöhrətli siyasətçi, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi də dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət edib.
Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin məsul əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.


Xəbərin mətnində orfoqrafik səhv var