MƏDƏNİYYƏT


Mədəniyyət sarayında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Qurban Abbasov adına Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qəhrəmanlıq salnaməmiz-30” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sarayın bədii rəhbəri Bəhiyyə Nağıyeva tədbiri açaraq 20 Yanvar hadisələri haqqında məlumat verib.

“Xəzər” bədii qiraət dərnəyinin rəhbəri Bəhiyyə Nağıyevanın və dərnəyin üzvlərinin ifasında “Qarabağ Azərbaycandır və nida!” adlı kompozisiya, “Fidan” rəqs kollektivinin ifasında “Ana fəryadi” adlı rəqs-kompozisiya ifa olunub.

Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.