İQTİSADİYYAT


Mərkəzi Bank VISA şirkəti ilə birlikdə jurnalistlər üçün seminar təşkil edib

Mərkəzi Bank VISA şirkəti ilə birlikdə jurnalistlər üçün seminar təşkil edib

Bakı, 21 noyabr, AZƏRTAC 

Mərkəzi Bank “Bilik mübadiləsi” layihəsi çərçivəsində “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birlikdə jurnalistlər üçün “Nağdsız ödənişlər” mövzusunda seminar təşkil edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, məqsəd nağdsız ödənişlər, innovativ ödəniş mexanizmləri, mobil ödənişlər və bu sahədə mövcud beynəlxalq təcrübə haqqında iştirakçıların məlumatlandırılması olub.

Tədbirdə VISA-nın Qafqaz regionu ölkələri üzrə meneceri İrina Kamxadze media nümayəndələrinə şirkətin fəaliyyəti, nağdsız ödənişlərin iqtisadiyyata təsiri, habelə bu sahədə innovativ texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verib.

İnteraktiv formada keçirilən seminar zamanı jurnalistlərin sualları cavablandırılıb, mövcud reallıqlar və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.