İQTİSADİYYAT


Mərkəzi Bankın blokçeyn layihəsi beynəlxalq sammitdə təqdim olunub

Bakı, 9 aprel, AZƏRTAC

Dubayda təşkil olunan "Future blockchain summit"də Azərbaycan Mərkəzi Bankı pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatını keçirib.

Bankdan AZƏRTAC-a bildirilib ki, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Çin, Rusiya, Estoniya, Malta və digər ölkələrdən 170 eksponentin, 14 min iştirakçının qatıldığı "Future blockchain summit"də blokçeyn, əşyaların interneti, böyük verilənlər, süni intellekt və sair kimi müasir innovativ həllərin sərgisi keçirilib, bu innovasiyaların müxtəlif ekosistemlərdə real tətbiqləri barədə çıxışlar edilib.

Sammitdə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumat auditoriyanın diqqətinə çatdırılıb. "IBM" və "Lenovo" şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində yaradılan informasiya sistemi məsafədən bank xidmətlərinin təqdim edilməsi və müştəri-bank münasibətlərinin tam elektronlaşdırılmasına imkan verəcək.

Sammit iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən blokçeyn – paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.