DÜNYA


Məşhur ərəb aktrisa İngiltərənin “The Economist” qəzetini məhkəməyə verib

Qahirə, 10 avqust, AZƏRTAC

İraqlı aktrisa və televiziya proqramları aparıcısı İnes Talib İngiltərənin nüfuzlu “The Economist” qəzetini məhkəməyə verib.

AZƏRTAC “Arabnews” nəşrinə istinadla xəbər verir ki, aktrisa “The Economist”in səhifəsində onun fotoşəkli dərc olunmaqla “Ərəb qadınları nə üçün kişilərdən şişman olurlar?” sərlövhəli məqalə dərc etməsinə qəzəblənib.

“The Economist” yazıb ki, ərəb qadınlarının piylənməsinin səbəbləri keyfiyyətsiz ərzaq məhsulları və mühafizəkar həyat tərzidir. Mətnə əlavə olaraq, qəzetin müxbiri İnes Talibin Babilon Film Festivalında çəkdirdiyi fotoşəkilləri yayımlayıb və onu şişmanlığın rəmzi kimi qələmə verib. Son abzasda isə yazılıb: “İraqlılar böyük ölçülü bədəni olan İnes Talibi ərəb qadını gözəlliyinin simvolu hesab edirlər”.

Ərəb aktrisa jurnalistlərə müsahibəsində bildirib ki, ingilis qəzetini məhkəməyə verib və ondan böyük məbləğdə təzminat tələb edib. O əlavə edib: “Tamaşaçılarım məni çox bəyənir və beynəlxalq nüfuzu olan nəşrin məni bu cür təqdim etməsi məyusluq doğurur.

Qəzetin məqaləsi ərəb ictimaiyyətində də etiraza səbəb olub. Bir sıra tanınmış incəsənət xadimləri bildiriblər ki, ərəb məişəti və gözəllik meyarları Qərb ölkələrindən fərqlidir və buna hörmətlə yanaşmaq lazımdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.