DÜNYA
“Metyu” qasırğası qurbanlarının sayı 877 nəfərə çatıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Haitidə “Metyu” qasırğası qurbanlarının sayı 877 nəfərə çatıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qasırğa Haiti adalarında 3 mindən çox evi dağıdıb. Bu ölkədə azı 350 min insanın yardıma ehtiyacı var. ABŞ, Fransa və Venesuela daxil olmaqla, bir sıra ölkələr Haitiyə humanitar yardım etmək planlarını açıqlayıb.
“Metyu” qasırğasının ABŞ-ın cənub-qərb sahilləri boyu şimala doğru istiqamətləndiyi və hazırda cənubu Karolina ştatına çatdığı bildirilir. Qasırğa gücünü itirməkdədir. Onun kateqoriyası Saffir-Simpson şkalası üzrə dörddən ikiyə, küləyin episentrdəki sürəti isə saatda 200 kilometrdən 177 kilometrədək enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]