ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Tbilisi şəhərində təlim keçib

Bakı, 7 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov “Be Museumer” layihəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Muzey təhsili” mövzusunda beynəlxalq təlimdə iştirak edib.

Təlim Gürcüstan Muzeyləri Assosiasiyası (GMA), Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO, Almaniya), Mədəni İdarəetmə Akademiyasının (ACM, Niderland) birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, Cənubi Qafqaz regionunda muzey işinin inkişafına yönəldilmiş “Be Museumer” layihəsi XXI əsrin muzey çağırışlarına cavab olaraq təlim iştirakçılarının liderlik və idarəetmə bacarıqlarının artırılmasına istiqamətləndirilib. Tədbir iştirakçılarına muzey təhsilinin Avropa perspektivləri, ictimaiyyətin təhsil sisteminə cəlb edilməsi haqqında ətraflı məlumat verilib.

Sonra iştirakçılar öz layihələrini təqdim ediblər, onlara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.