MƏDƏNİYYƏT


Milli Kitabxana “Azər Rzayev. Altı simfonik lövhələr” not məcmuəsini nəşr etdirib

Bakı, 15 iyul, AZƏRTAC

Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Azər Rzayevin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not məcmuəsini nəşr etdirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitə görkəmli bəstəkarın fortepiano üçün musiqi əsərləri - Rəqs, Vals, Məzəli oyun, “Bolero”ya bənzər, “Düşüncə” və “Qaytağı” əsərləri daxil edilib. Bu məcmuə bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndəriləcək.

“Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not məcmuəsi ilə http://anl.az/down/NotAz-8169.pdf  linkindən tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.