MƏDƏNİYYƏT


Milli Kitabxanada Lütfi Zadəyə həsr edilmiş elektron məlumat bazası istifadəçilərə təqdim edilib

Bakı, 4 iyun, AZƏRTAC

Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması ölkəmizdə elmə, elm adamlarına yüksək dövlət qayğısının və diqqətin parlaq nümunəsidir.

Hər zaman azərbaycanlı olması ilə fəxr edən, Azərbaycanı öz vətəni hesab edən, öz vətənində əbədi rahatlıq tapan Lütfi Zadə bütün mənalı ömrünü bəşəriyyətin inkişafına həsr edib.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Dünya və universitet kitabxanalarında”, “Lütfi Zadənin sevimli aforizm və zarafatları”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Lutfi-Zade/index.html linkindən istifadə edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.