Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfi müzakirə olunub

Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfi müzakirə olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi əmək və sosial siyasət, səhiyyə, ailə, qadın və uşaq məsələləri, elm və təhsil, mədəniyyət komitələrinin birgə iclasında müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarının daxil olduğunu deyib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci il dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozlarının təhlili nəzərə alınaraq hazırlanıb. Təqdim olunan büdcə layihəsi son dövrlərdə ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni postneft iqtisadi inkişaf mərhələsinə keçidin şərtləndirdiyi çağırışları nəzərə alır. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə artımla zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxil olmasının mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Cari ildə 2016-cı ilin fevral ayında büdcəyə edilən dəyişikliklər zamanı neftin bir barrelinin 25 dollar həcmində müəyyən edilməsindən sonra neftin dünya bazarında qiyməti orta hesabla 43 dollar civarında qalmaqdadır. Lakin buna baxmayaraq, qiymət hələ də aşağı səviyyədədir.

Neftin ucuzlaşması həm də xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, ölkəmizin tədiyə balansının xeyli pisləşməsinə gətirib çıxarıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır. “Dövlət büdcəsi xərclərinin azalması, manat emissiyasının məhdudlaşdırılması valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, yəni manatın məzənnəsinin sabitləşməsinə və üzərindəki təzyiqlərin azaldılmasına kömək edəcək. Əsas məqsəd valyuta bazarlarında gərginliyi aradan qaldırmaqla ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir”, - deyə maliyyə naziri vurğulayıb.

Nazir bildirib ki, növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində nəzərdə tutulub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq 2010-2011-ci il tədris ilindən başlayaraq mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri adambaşına maliyyələşmə prinsipini nəzərdə tutan dövlət sifarişinin yerinə yetirilməsində iştirak edirlər. Cari və əvvəlki illərin nəticələrinə əsasən qeyd olunmalıdır ki, dövlət ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə dövlət büdcə gəlir və xərclərinin tərkibinə daxil edilməyən müvafiq göstəriciləri, o cümlədən gəlirləri və gəlirlərin əldə olunması ilə bağlı xərcləri, eləcə də digər öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada bəyan olunmayıb.

Palata sədri qeyd edib ki, dövlət ali təhsil müəssisələrinin də fəaliyyətinə artıq büdcə müstəvisində deyil, təsərrüfat münasibətləri müstəvisində baxmaq zərurəti yaranıb. Dövlət ali təhsil müəssisələri də özəl ali təhsil müəssisələri kimi, əldə etdikləri gəlirləri vergi öhdəliklərinin bəyan edilməsi baxımından açıqlanmalı, onların sərbəst qalan vəsaitlərinin vergiyə cəlb olunması məsələsinə baxılmalıdır.

V.Gülməmmədov ümumilikdə 2017-ci ilin dövlət büdcəsinin “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hazırlandığını söyləyib.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, bütövlükdə dünya iqtisadiyyatında mənfi meyilli proseslər artıq bir neçə ildir gedir. Şübhəsiz, bu proseslər ölkəmizin iqtisadiyyatından da yan keçə bilməz. Enerji daşıyıcılarının qiymətinin kəskin surətdə azalması, dollarlaşma, milli valyutanın qiymətdən düşməsi və digər mənfi hallar növbəti il üçün büdcənin formalaşdırılması və məqbul büdcə zərfini ortaya qoyulmasını mürəkkəbləşdirib. Büdcənin artıq bir neçə ildir sosial yönümlülüyü və sosial xərclərin xüsusi çəkisinin büdcədə 40,3 faiz təşkil etməsi Prezident İlham Əliyevin bu sahəyə diqqətinin və qayğısının bariz nümunəsidir. Səhiyyə xərcləri büdcədə keçənilki səviyyədə saxlanılıb və bu, ölkəmizdə əhaliyə tibbi xidmətin stabil vəziyyətdə saxlanılmasına imkan yaradacaq.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək bildirib ki, 2017-ci il dövlət büdcəsinin formalaşdırılması çox dəqiq hesablamalar, proqnozlar, təhlillər tələb edib. Çünki hazırda dünyadakı qlobal iqtisadi böhran Azərbaycana da təsir göstərir. 2017-ci ilin büdcə layihəsində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tamamlanması üçün vəsaitin ayrılması çox mühüm addımdır. Büdcədə elm və təhsil xərcləri də keçən illə müqayisədə demək olar ki, mümkün qədər qorunub saxlanılıb. Büdcə layihəsi ölkəmizdə təhsil sahəsində başlanılan islahatların davam etdirilməsinə imkan verir. Eyni zamanda, elm sahəsində aparılan islahatlar da davam edəcək.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı qeyd edib ki, hökumət hər zaman olduğu kimi, 2017-ci ilin dövlət büdcəsi layihəsini mükəmməl səviyyədə hazırlayaraq Milli Məclisə təqdim edib. Gələn ilin büdcəsində əməkhaqlarının və təqaüdlərin artırılması üçün vəsait nəzərdə tutulub. Büdcəmiz həmişəki kimi sosialyönümlüdür. 2017-ci ilin büdcəsinə ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilən məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbə hazırlığının təşkili məqsədilə tələb olunan vəsait proqnozlaşdırılıb. Həmçinin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, tədris laboratoriyalarına avadanlığın alınması, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi, gənc istedadlara xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı və digər təhsil tədbirlərinin həyata keçirilməsi üçün xərclər də nəzərdə tutulub. Bu xərclərin artırılmasında və gələcəkdə həmin xərclərin icra olunmasında nəzarətin gücləndirilməsinə böyük ehtiyac var.

“Azərbaycanda büdcə formalaşdırılarkən mədəniyyət sahəsinə ənənəvi yanaşma mövcuddur. Digər sahələr ölkə üçün nə qədər əhəmiyyətlidirsə və onlara hansı diqqət göstərilirsə, mədəniyyətə də o qədər diqqət ayrılmalıdır. Mədəniyyət ölkənin, xalqın simasıdır. Buna görə də büdcə formalaşdırılarkən bu sahəyə də diqqət yetirməliyik”, - deyə mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadları və dünyanın siyasi, sosial və iqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu vəzifələrin yerinə yetirilməsi üçün çox ciddi tədbirlər görür. Belə ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, hazırda ölkənin sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir. Bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar hesabına yoxsulluq səviyyəsinin 5-6 faiz civarında saxlanılması təmin olunur.

Nazir məlumat verib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506,1 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 706,8 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanlara dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondu büdcəsindən hazırda aylıq olaraq 316 milyon manat vəsait ödənilir. Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, Fondun 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrası nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri, sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinadla tərtib olunub.

2016-cı ilin 10 ayı ərzində Fondun büdcəsinin sığorta-pensiya sisteminin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200,3 milyon manat artaraq 2631,1 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 10 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 80,6 milyon manat artaraq 1533,7 milyon manata çatıb.

S.Müslümov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3400,0 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 247,7 milyon manat və ya 7,9 faiz çoxdur.

Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3318,2 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu 2016-cı ilin gözlənilən icra göstəricisindən 234,3 milyon manat və ya 7,6 faiz artıqdır. Təqdim olunmuş büdcə layihəsində 2017-ci il üçün yaşa görə əmək pensiyasının baza hissəsinin orta aylıq məbləği 110 manat götürülüb. 2017-ci ildə yaşa görə əmək pensiyasının baza hissəsinin maliyyələşdirilməsi xərclərinin (pensiyanın baza hissəsinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələr daxil olmaqla) 1718,0 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

2017-ci ildə əmək pensiyalarının sığorta hissəsi 1495,8 milyon manat məbləğində nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə görə 5,6 milyon manat və ya 5,7 faiz çoxdur.

Fondun 2017-ci il üçün gəlirlərinin 3400,0 milyon manat həcmində proqnozlaşdırıldığını bildirən nazir diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar 2016-cı illə müqayisədə 24 milyon manat və ya 1,9 faiz artaraq 1270,0 milyon manat olacaq. Dövlət büdcəsindən nəzərdə tutulan transfert illik proqnozlaşdırılan xərcin 37,4 faizinin (2016-cı ildə 37,7 faizinin) maliyyələşməsini təmin edəcək.

İclasda Milli Məclisin deputatları “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır