SİYASƏT


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, iqtisadi siyasət komitələrinin birgə iclası keçirilib

Bakı, 30 sentyabr (AZƏRTAC). Sentyabrın 30-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və iqtisadi siyasət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ediləcək dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, son vaxtlar ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımlar atılıb. Şəffaflığın artırılması məqsədilə bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər edilib. Bu cür tədbirlərin həyata keçirilməsində QHT-lərin də rolu böyükdür. Sözügedən qanun layihələrinə ediləcək əlavə və dəyişikliklər şəffaflığın təmin olunmasında vacib rol oynayacaq. Layihəyə əsasən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Qanun layihələrini dəstəkləyən Milli Məclisin deputatları bu dəyişikliyin önəmini qeyd ediblər. Bu, qrantların verilməsində şəffaflığın artırılması ilə yanaşı, işin təkmilləşdirilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında da mühüm rol oynayacaq.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.